Azərbaycanın Ağstafa rayonunda da zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ bu gün saat 07.00-də Ağstafadan 22 km şimali - şərqdə, 3.00 maqnitudada, 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, noyabrın 3-ü saat 15.22-də Masallı ərazisində, noyabrın 4-ü saat 01.49-da isə Xəzər dənizində, Lənkərandan 45 km cənubi-şərqdə zəlzələ qeydə alınıb.