Azərbaycanda 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb
12.3.2019

Bu ilin yanvar-fevral ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 81,7 km yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bu ildə Ağcabədi rayonu üzrə 1, Beyləqan rayonu üzrə 1, Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə 1, Ağsu rayonu üzrə 6 və Şamaxı rayonu üzrə isə 3 olmaqla ümumilikdə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.

report.az