ITU: Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası sayəsində inkişaf edir
12.3.2019

Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası və dövlətlə özəl sektor arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf edir.

Bunu Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) MDB ölkələri üzrə Regional şöbəsinin rəhbəri Kirill Oparin Bakıda kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilən “Dayanıqlı və təhlükəsiz bulud mühiti” konfransında deyib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos forumunda çıxışı zamanı ölkənin inkişafının innovasiyalardan və yeni texnologiyaların tətbiqindən asılı olacağını deyib:

“İndi biz əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin sözləri həqiqətdir”.

K.Oparin əlavə edib ki, regionun bütün ölkələri infrastrukturun və rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası və planlarını dövlət səviyyəsində reallaşdırır.

trend.az