Bürclər insanın sahib olduğu xarakterini müəyyən edir. Daha gözəl görünmək üçün hansı bürcün necə bəzənməli olduğunu nəzərdən keçirin.
Qadınlar gözəllik üçün yaradılıb. Makiyajı fərqli və üz qurluşunuza görə edə bilərsiniz. Lakin bürclərin də bəzi qaydalarına əməl etməli olduğunu unutmayın.
Od ünsürünə: Qoç, şir və oxatan bürcü daxildir. Bu bürcün qadınları, diqqət çəkməyi və iddialı olmaqdan xoşlanır. Makiyajda da diqqət çəkən elementlərə fikir verilməlidir. Bu qrupun rəngi qırmızı və qara rəngdir. Gözlərə qara eyeliner, dodaqlar isə qırmızı rənglə vurğulanmalıdır.
Su ünsürü: Xərçəng, əqrəb, balıq su qrupuna daxildir. Bu bürclərin gözəlliyi daxili gözəlliyi ilə ölçülür. Su qrupunun rəngi yaşıldır. Göz makiyajında da yaşıl rəngin tonlarından istifadə edilməlidir. Şaftalı tonlarında ənlik və çəhrayı dodaq boyası onları daha gözəl göstərir.
Hava ünsürü: Əkizlər, tərəzi və dolça bürcü hava qrupundandır. Bu bürcün qadınları azadlıq və sərbəstlikləri ilə seçilir. Buna görə də, səma rəngi onları daha cazibədar göstərir. Dodaqlarda və yanaqlarda çəhrayı rənglər istifadə edilsə, zərif görüntüyə sahib ola bilərlər.
Torpaq ünsürünə daxil olan bürclər sakit və huzurlu insanlardır. Buraya, buğa, oğlaq və qız bürcü daxildir. Bu qrupa aid olan rənglər torpaq tonlarıdır. Solğun göz makiyajını əlvan dodaq boyası ilə tamamlaya bilərlər.
Publika.Az