“Kaspersky Lab” şirkəti “Kaspersky Password Manager” proqramının yeni versiyasını istifadəyə verib.
Şirkətdən verilən məlumata görə, məhsul təkcə hesabların loqin və şifrələrini deyil, həmçinin vacib sənədlərin skan və şəkillərini, eyni zamanda PDF faylların təhlükəsiz qorunmasını təmin edəcək.
Bundan başqa, proqram istifadəçilərə sənədləri yükləyərkən onları lazımi kateqoriyaya daxil etmək imkanı verir ki, bu da, öz növbəsində, məlumatın axtarışını asanlaşdırır.
Şifrələrın güvənliyinin yoxlanılması yeni tətbiq olunmuş funksiyalardan biridir. “Kaspersky Password Manager”in yeni funksiyası qorunan şifrə sızdırıldıqda və ya açıq istifadəyə çıxarıldıqda şifrə sahibinə bu barədə məlumat verir.
“Kaspersky Password Manager” istifadəçinin yaratdığı şifrənin etibarlılığını və dayanıqlığını avtomatik olaraq sınayır, asan şifrələrin oğurlanmasının qarşısını almaq üçün yeni çətinləşdirilmiş şifrələr yaradır. Yeni yaradılmış məhsul “Windows”, “Mac”, “Android”, “iOS” əməliyyat sistemləri tərəfindən dəstəklənir. “Kaspersky Password Manager” proqramına daxil edilmiş məlumatlar istifadəçinin bütün cihazlarında və “My Kaspersky”nin veb versiyasında sinxron olaraq işləyir.
Proqram ödənişli və ödənişsiz olmaqla 2 versiyada təklif olunur. Funksional olaraq hər 2 versiya eynidir. Yeganə fərq qeydlərin sayındadır. Belə ki, ödənişsiz versiyada ancaq 15 qeyd qoruna bildiyi halda, ödənişli versiyada qeydlərin sayına məhdudiyyət qoyulmayıb.
“Kaspersky Password Manager”in yenilənmiş versiyası ilə tanış olmaq, həmçinin həllin ödənişsiz baza versiyasını yükləmək və ya ödənişli versiyasını əldə etmək üçün aşağıdakı linkə keçid edin:
https://www.kaspersky.ru/password-manager.
report.az