Azərbaycanın Polşanın Varşava şəhərinə təşkil etdiyi ixrac missiyası başa çatıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, missiyaya şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan şirkəti daxil olub.
Missiya çərçivəsində Polşadan olan şirkətlərlə görüşlər keçirib, məhsulların ixracına dair ilkin razılıqlar əldə olunub. O cümlədən “Astara Çay” MMC istehsal etdiyi çayın Polşaya ixracına dair ilkin razılıq əldə edib.
İxrac missiyası çərçivəsində Azərbaycan şirkətləri, həmçinin Varşada təşkil olunmuş “Worldfood Polşa” beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib. Sərgi zamanı keçirilmiş müsabiqədə Azərbaycan şərablarından biri mükafata layiq görülüb.
report.az