XOCALI soyqırımını anmaq məqsədilə ile baglı imza atmaq
8.2.2013

Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin rəsmi saytında yerləşdirilən petisiyanı artıq 59204-nəfər imzalayıb. Petisiyanın nəzərdən keçirilməsi üçün 25 fevral tarixinə kimi ən azı 94 400 nəfər imzalamalıdır. Əks təqdirdə petisiya baxılmamış qalacaq.

Ağ Evin rəsmi səhifəsində yer alan “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək.
Petisiyada “Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciənin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik”-deyə bildirilir.

Petisiyanı imzalamaq üçün aşağıdakı keçiddən istifadə etmək lazımdır:
1. Bu keçidə daxil olaraq elektron poçt ünvanınız, adınız və soyadınız olan bölmələri doldurun;
2. Bir neçə dəqiqədən sonra sizin poçtanıza Ağ Ev saytının administrasiyasından dərhal parol və istifadəçi adı olan məktub gələcək. İstifadəçi adı sizin elektron poçt ünvanınız olacaq.
3. Bu keçidə daxil olmaqla, Ağ evin saytında XOCALI soyqırımını anmaq məqsədilə ile baglı Barak Obamaya edilən müraciətə imza atmaq olar.

https://petitions.whitehouse.gov