“Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi təklif olunur.
Bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) İşçi Qrupunun iş adamları ilə keçirdiyi görüşdə nazir müavini Niyazi Səfərov bildirib.
report.az