Martın 30-dan aprelin 15-dək Bakıda Frankofoniya Günləri Festivalı keçiriləcək.
Fransa, Belçika, Mərakeş, İsveçrə, Macarıstan, Moldova, Rumıniya, Yunanıstan, Litva, Latviya, Estoniya, Meksika, Kosta-Rika səfirliklərinin, Avropa İttifaqının nümayəndəliyinin iştirak edəcəyi festival çərçivəsində müxtəlif mədəni tədbirlər, o cümlədən Fransa filmləri nümayiş olunacaq və sərgilər keçiriləcək.
“Frankofoniya təkcə fransız dilində danışan insanları tərif etmir, həmçinin mədəni müxtəlifliyi ifadə edən sözdür. Bu il də fransız dili ilə bağlı bir sıra mədəni tədbir keçiririk”, - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis mətbuat konfransında bildirib.
Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe də Frankofoniya Həftəsinin martın 30-da Muğam Mərkəzində İsveçrə səfirliyi tərəfindən təşkil olunacaq konsertlə başlayacağını diqqətə çatdırıb.
Festivalın sonunda - aprelin 15-də “Landmark” mehmanxanasında Fransanın “Nathalie National” orkestrinin konserti keçiriləcək.
report.az