İlin mahnısı seçildi
11.2.2013

ABŞ-ın Los-Anceles şəhərindəki Staples Center-də dünyanın ən nüfuzlu musiqi mükafatlarından biri olan Grammy-nin təntənəli təqdimat mərasimi keçirilib.

"fun." qrupunun ifasındakı "We Are Young" mahnısı "İlin ən yaxşı mahnısı" seçilib.
55-ci Grammy mərasiminin aparıcıları Svift və Lyuk Brayan idilər.
Builki mərasimdə 81 nominasiyada mükafatlar verilib.
Britaniyalı Adel "Ən yaxşı solo pop-kompozisiya ifası" nominasiyasında qalib gəlib.

"Ən yaxşı rep ifa" nominasiyasında Kanye Uest və Cey Zinin ifasında "N----s in Paris", "İlin prodüseri" nominasiyasında "The Black Keys"in vokalçısı Den Auerbax lider olublar.

Bundan başqa, "The Black Eyes" qrupu "İlin ən yaxşı rok mahnısı" və "İlin ən yaxşı rok albomu" nominasiyalarının qalibi olublar.

"Ən yaxşı albom" nominasiyasında mükafat "Babel"ə görə Britaniyanın "Mumford & Sons" qrupuna verilib.

Amerika Səsyazma Akademiyasının 1958-ci ildən bəri verdiyi Grammy mükafatı musiqi dünyasının "Oskar"ı sayılır.

Milli.Az