Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupunun iclası Nur-Sultanda keçiriləcək
2.4.2019

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupunun ikinci iclası aprelin 16-17-də Qazaxıstan paytaxtı Nur-Sultan şəhərində keçiriləcək.

Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aybek Smadiyarov məlumat verib.

Onun sözlərinə görə, artıq bütün tərəflər tədbirdə iştiraklarını təsdiqləyiblər.

Xatırladaq ki, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupunun ilk iclası Bakıda keçirilib.

report.az