“YUĞ”da bu ay altı tamaşa göstəriləcək
3.4.2019

Azərbaycan Dövlət “YUĞ” Teatrı bu ay altı səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının yaradıcı heyəti aprelin 6-da “Məhşər günü”, 7-də “Quş dili”, 13-də isə “Müəmmalı bir qətlin üç versiyası” tamaşalarını təqdim edəcək.

Bundan başqa, tamaşaçılar aprelin 14-də “Şok”, aprelin 20-də “Sonuncu”, aprelin 21-də isə “Mən ağacam” tamaşalarını izləyə biləcəklər.

Səhnə əsərləri bir qayda olaraq saat 19.00-da A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında teatrsevərlərin ixtiyarına veriləcək.