“Bu ilin sonuna qədər Rusiyanın 3 şəhərində - Moskva, Sankt-Peterburq və Yekaterinburqda Azərbaycana məxsus ticarət və şərab evləri açılacaq”.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
“Azərbaycan məhsulları Rusiya biznesi üçün əhəmiyyətlidir və bu, bizi qane edir. Rusiyanın digər şəhərlərində də Azərbaycana məxsus ticarət və şərab evlərinin açılması nəzərdə tutulub”, - o qeyd edib.
report.az