Braziliyada təşkil olunan və bütün dünyanın böyük zövqlə izlədiyi ənənvi Rio karnavalında faciə yaşanıb.
Karnavalın builki “Kraliça”sı, 25 yaşlı Saida Maria Prietonun oda həssas əlbisəsi ətrafdakı məşəllərdən yayılan alov səbəbindən alışıb.
Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan “kraliça”nın bədəninin 40 faizinin yandığı bildirilir.
S.M.Prietoya ilkin zəruri tibbi yardımı göstərən həkimlər onun həyatının təhlükədə olduğunu qeyd ediblər.
Gün.Az