Angelina Jolienin əkiz bacısı peyda oldu
11.2.2013

Angelina Jolie bütün kişilərin bəyəndiyi və heyranlıqla baxdığı qadınlardan biridir. Lakin qeyd edək ki, Angelinadan dünyada yeganə deyil. Beləki, onun oxşarı peyda olub. Angelinanın oxşarı 32 yaşlı Tiffani Klausdur.

Qeyd edək ki, Tiffanni Angelinaya bənzəmək üçün üzündə heç bir əməliyyat keçirməyib. Tiffani zəhmətkeş insan olduğunu və aktrisaya bənzədiyinə görə, tanınmaq istəmədyini dilə gətirib. Angelinanın oxşarına bir çox televiziya kanalları televiziya layihələrinə aparıcı kimi və şirkətlər tərəfindən filmlərə çəkilməyə dəvət alıb.

Tiffani və Angelinanın taleyində də qəribə oxşarlıq var. Hər ikisi də evlidir və bir neçə uşaq sahibidir.

Publika.Az