Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Avropanın 3 nüfuzlu professorunun iştirakı ilə Yaz məktəbi təşkil olunacaq.
Universitetdən Trend-ə verilən məlumata görə, 29 Aprel-2 may tarixlərində, dörd gün ərzində davam edəcək məktəbdə Almaniya və Danimarkadan olan alimlərin mühazirələri dinləniləcək.
Aprelin 29-da Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Qanın laxtalanmasının mərhələsi” mövzusunda çıxış edəcək.
Professorun 1 may tarixində “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Aktiv İnsulin istehsal edən Beta-hüceyrələr” mövzusunda da mühazirəsi olacaq.
Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Rupp isə aprelin 30-u və mayın 2-də “Selikli canlıların həyatının modelləşdirilmiş və təhlil edilmiş formulu” mövzusunda mühazirə ilə çıxış edəcək. Mayın 1-də isə professorun “Həyat elmlərində süni intellektin perspektivləri” mühazirəsi təşkil ediləcək.
Almaniyanın Çatışmazlıqların aradan qaldırılması Mərkəzi və Kiber İnnovasiyalar Mərkəzinin tədqiqatçı alimi Rupert Brandmeier isə 2 may tarixində “Kiber-fiziki və kiber-sosial infeksiyalar” ilə bağlı çıxış edəcək.
Mayın 2-də isə qonaq professorların iştirakı ilə forum keçiriləcək.
Mühazirələr saat 09.00-da, forum isə 15.00-da başlayacaq.
Mühazirələrdə, eləcə də forumda iştirak ödənişsizdir. İştirak üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır:
https://docs.google.com/forms/d/e/1FAIpQLScd9Gr0x863j8eKhnI9EaIqKePEAb0UjQ_l57vLMz-k1WpaBw/viewform?usp=sf_link