Azərbaycanda temperaturun anomal gedişi gözlənilir
4.11.2011

Noyabrın 6-dan 8-i gündüzədək Azərbaycan ərazisində gözlənilən anomal hava şəraiti arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova bildirib.
Onun sözlərinə görə, həmin müddət ərzində ölkə ərazisində hava qeyri-sabit və soyuq keçəcək: “Ölkə ərazisində gecə və səhər saatlarında temperatur 10 dərəcəyə yaxın olacaq. Lakın günün ikinci yarısında şimal küləyinin güclənməsi nəticəsində temperatur bir qədər düşəcək. Günün ikinci yarısında və axşam temperatur 2-5 dərəcə isti olacaq”.