Noyabrın 6-dan 8-i gündüzədək Azərbaycan ərazisində gözlənilən anomal
hava şəraiti arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması
ilə əlaqədardır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun
şöbə rəisi Gürşad Məmmədova bildirib.
Onun sözlərinə görə, həmin müddət ərzində ölkə ərazisində hava
qeyri-sabit və soyuq keçəcək: “Ölkə ərazisində gecə və səhər saatlarında
temperatur 10 dərəcəyə yaxın olacaq. Lakın günün ikinci yarısında şimal
küləyinin güclənməsi nəticəsində temperatur bir qədər düşəcək. Günün
ikinci yarısında və axşam temperatur 2-5 dərəcə isti olacaq”.