Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında komanda idman növləri üzrə qrupların tərkibi bəlli olub.
“Report” xəbər verir ki, qrupların həndbolda püşk, voleybol və basketbolda isə reytinqə uyğun olaraq formalaşıb.
Voleybol
Oğlanlar
A qrupu: Almaniya, Rusiya, Belarus, Azərbaycan
B qrupu: Çexiya, İtaliya, Bolqarıstan, Belçika
Qızlar
A qrupu: Rusiya, Boqarıstan, Rumıniya, Azərbaycan
B qrupu: İtaliya, Türkiyə, Belarus, Almaniya
Həndbol
Oğlanlar
A qrupu: Danimarka, Almaniya, Serbiya, Azərbaycan
B qrupu: İslandiya, Xorvatiya, Fransa, Sloveniya
Qızlar
A qrupu: Fransa, Rumıniya, Hollandiya, İspaniya
B qrupu: Macarıstan, İsveçrə, Çexiya, Azərbaycan
Basketbol
Oğlanlar
A qrupu: Xorvatiya, Fransa, Serbiya, Azərbaycan
B qrupu: İspaniya, Türkiyə, Almaniya, Litva
Qızlar
A qrupu: İtaliya, Fransa, Rusiya, Belçika
B qrupu: Çexiya, Türkiyə, Macarıstan, Polşa
Xatırladaq ki, 21 - 27 iyulda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında ümumilikdə 50 ölkənin 2500-dək idmançısının iştirakı gözlənilir. Festival 10 idman növü üzrə keçiriləcək: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.