Mədəniyyət Nazirliyində informasiya məsələləri üzrə məsul şəxs və etik müvəkkil təyin edilib
18.4.2019

Mədəniyyət Nazirliyində informasiya məsələləri üzrə məsul şəxs və etik müvəkkil təyin edilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq, Mədəniyyət Nazirliyinin müvafiq qərarı ilə informasiyanın operativ şəkildə ictimaiyyətə çatdırılması və onun əldə olunmasının təmin edilməsi, habelə ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələrin səmərəli təşkil edilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.

Həmçinin, “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq, nazirliyin müvafiq əmri ilə Mədəniyyət Nazirliyində və nazirliyin qurumlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisəli məsələlərin həlli məqsədi ilə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Yusif Səfərov etik müvəkkil təyin edilib.