Sevgililər günündə konsert olacaq
11.2.2013

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının konserti olacaq.

14 fevral - Sevgililər günündə baş tutacaq konsertdə ansamblın solistləri olan əməkdar artistlər Almaz Orucova, Sevinc Hüseynli, Elza Seyidcahan, Lalə Məmmədova və digərləri musiqili nömrələrlə çıxış edəcəklər. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri səslənəcək.

Qeyd edək ki, Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru xalq artisti Ağaverdi Paşayev, baletmeyster xalq artisti Cəmilə Bayramova, xormeyster Fəxrəddin Atayev, musiqi rəhbəri isə əməkdar artist Etibar Qasımbəylidir.

ANS PRESS