Röyanın 14 fevral hədiyyəsi nə olacaq?
11.2.2013

14 fevral saat 13:00-da – Sevgililər günündə pərəstişkarları Röya Ayxana hədiyyə edəcəklər. Bu dəfəki toplanış da müxtəlif tipli aksiyaların keçirilməsi üçün artıq mərkəzə çevrilmiş “Torqovı”da olacaq. Röya pərəstişkarları bir yerə toplanaraq ürək formasında şəkil çəkdirməyi planlaşdırırlar.

Hesab edirlər ki, bu müğənniyə öz sevgilərini göstərmək üçün bir vasitədir.

Bu hadisə mediada yanlışlıqla aksiya kimi yayılıb. Lakin bu aksiya deyil, sadəcə olaraq, Röyanın pərəstişkarlarının ona hədiyyəsidir.

Show.az xəbər verir ki, bu tədbirin təşkilatçısı Röyanın fanatlarından biri Səidə Əbdürrəhmanovadır.