Karvan L Eko MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar əsasında yetişdirilir.
2016-cı ildə Barselona universitetində aparılan elmi araşdırmaların nəticələrinə görə orqanik pomidor adi pomidorla müqayisədə daha çox güclü təbii antioksidant olan fenol birləşmələrə malikdir. Qeyd edək ki, fenol birləşmələri insan orqanizmində ürək və qan-damar xəstəlikləri riskini azaltmaqla yanaşı, xərçəng xəstəliyinin riskininin azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Müasir kulinariyada pomidor ən çox istifadə olunan tərəvəzlərdən biridir. Bu tərəvəz əvvəllər təkcə yaz və yay aylarında hər bir süfrənin əvəzedilməz atributu olsa da, hal- hazırda istixanamızın əsas məqsədi il boyu əhalini ekoloji təmiz məhsulla təmin etməkdir.
Əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur.Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır. Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə münbitləşdirilir.
Pomidor meyvələri makro və mikro elementlərlə zəngindir. Bu elementlər insan immunitetini gücləndirməklə yanaşı, organizmə hərtərəfli müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, son dövrlərdə alimlərin apardıqları tədqiqatların nəticəsində pomidor meyvələrinin xərçəng, böyrək daşı, ürək və damar xəstəliklərinin profilaktik müalicəvi xüsusiyyətə malik olması aşkarlanmışdır.
Pomidorun tərkibində olan ən əsas antioksidant xassəli maddə likopindir. Bu maddə insan orqanizmində xəstəliyə yol aça biləcək sərbəst radikalları məhv edir. Pomidor meyvələrində B9 (Foli turşusu), A(karotin), C (askorbin turşusu), PP(nikotin turşusu), B 1(tiamin) və B 2 ( riboflavin) vitaminləri mövcuddur. Pomidor qida məhsulu kimi orqanizmdə yaratdığı enerji (160-200kkal/ kq) çox olmasa da, insan üçün faydalılığı tərkibində olan bioloji aktiv maddələrlə və mineral duzlarla zənginliyindədir. Belə ki, bir stəkan pomidor sirəsində sadəcə 30 kalori və 0.5 qram yağ var.
Hazirda pomidorun Mont və Pink Paradise sortları şirkətimiz tərəfindən yetişdirilir. Qara rəngi ilə seçilən pomidor kateqoriyasina aid olan MONT sortu özünəməxsus dadi ilə bütün dünyada məşhurdur. Onun meyvələrində şəkərin miqdarı yüksək olub, meyvələrin dad keyfiyyəti şəkər-turşu nisbətində harmoniya təşkil edir. Yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərinə əlavə olaraq, antosianlar immun sisteminin fəaliyyətini sürətləndirir, qan damarlarını gücləndirir və bədəndəki şişkinlikləri azaldır.
Orqanik məhsullarımızı əldə etmək üçün aşağıdakı əlaqə vasitələrini istifadə edərək, Karvan L Eko MMC-ə müraciət edə bilərsiniz.
Əlaqə : + 994 55 214 48 77
Email : eko@karvanl.science
Web : karvanl.com
İnstagram : organictomatobaku
Youtube : https://www.youtube.com/watch?v=xGrs-2aFzSM&t=5s