ABŞ-da qeyri-adi görünüşə malik it tapılıb. Iki yaşı olan Tonik adlı it şi-tsu və pudel cinsinin qarışığıdır. İti heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar itlərin uyudulduğu sığınacaqdan xilas edilib. Tonikin qəribəliyi isə ondadır ki, onun üzü insan simasını xatırladır.
Təşkilat əməkdaşlarının sözlərinə görə, it həddindən artıq ağıllıdır və insanlarla ünsiyyəti çox sevir. İndi Tonik yeni sahibini gözləyir.
ANS PRESS