Bu gün Bakıda Xəzər regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı başlayıb.
"Report" xəbər verir ki, tədbir 2 gün davam edəcək.
Konfrans Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsidir.
Builki konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb. Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, "Equinor", "Petronas", "Inpex", "Dentons", "Socar AQS", "Total", "Nobel Upstream" və digər dünyaca məşhur şirkətlər yer alır.
Tədbir çərçivəsində məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu il deleqatların sayında 30% artım gözlənilir.
Əlavə tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxildir.