Göyçay narı və Nar bayramı haqqında sayt yaradıldı
4.11.2011

Göyçay Rayon İcra Hakimiyyəti və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “pomegranate.az” saytı istifadəyə verilib. Sayt nar, narçılıq ənənələri, nar məhsulları istehsalı, narla bağlı xalq təbabəti, nardan hazırlanan məhsullar, el məsəlləri və s. ilə bağlı məlumatları özündə əks etdirir.
Sayt “İrəli” İnformasiya Texnologiyaları Mərkəzinin bazasında yaradılıb. Saytın qurucusu Sahil Balazadə, dizayneri Elçin Aşurovdur. “pomegranate.az” Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir.
Adıçəkilən internet resursda hər il keçirilən nar bayramları, o cümlədən mətbuatda Azərbaycan nar ənənələrini özündə əks etdirən materiallar yer alıb.