Bakıda keçiriləcək orqanik qida festivalının yeri açıqlanıb
3.6.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin iyunun 21-23-də Bakıda keçirməyi planlaşdırdığı orqanik qida festivalı Dənizkənarı Milli Parkda baş tutacaq.

Bu barədə keçirdiyi mətbuat konfransında şirkətin direktoru Leyla Məmmədova məlumat verib.

O, orqanik qida istehsalı ilə məşğul olan fermerləri bu festivalda iştirak etməyə çağırıb: “Festivalda iştirak pulsuzdur. Fermerlər bütün ləvəzimatlarla – tərəzi, xalat, əlcək və s. ilə təchiz ediləcək”.


report.az