İsveç-Azərbaycan Dərnəyinin (SAF) “Qarabağ” milli rəqs qrupu Ramazan bayramı münasibətilə Stokholmda təşkil olunan festivalda çıxış edib.
Festivalda Azərbaycan mədəniyyətini uğurla təbliğ edən “Qarabağ” milli rəqs qrupunun “Uzundərə” və “Nəlbəki” rəqsləri böyük maraq və alqışlarla qarşılanıb.
SAF-ın sədri Sevda Dadaşova yerli radioya müsahibəsində ölkəmiz haqqında ətraflı məlumat verib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı söz açaraq, ölkəmizin haqlı mövqeyi, müharibə nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan çox soydaşımızın üzləşdiyi çətinliklərdən danışıb. Baş verənlərin azərbaycanlıların kütləvi soyqırımları ilə müşahidə olunduğunu qeyd edən S.Dadaşova münaqişə nəticəsində uşaqların da öldürüldüyünü, onların böyük fəlakət, məhrumiyyətlərlə üzləşdiklərini vurğulayıb. Təşkilatın sədri İsveç-Azərbaycan Dərnəyinin nəzdində fəaliyyət göstərən uşaq milli rəqs qrupunun da məhz bu səbəbdən “Qarabağ” adlandırıldığını bildirib.
azertag.az