“The Economist İntelligence Unit” jurnlı dünyanın ən bahalı şəhərlərinin siyahısını dərc etmişdir.
Yaponiyanın paytaxrı Tokio son 20 ildə 14-cü dəfədir ki, həyat şəraiti ilə bağlı 131 şəhərin qeyd olunduğu siyahıya başçılıq edir. 2013-cü ildən etibarən həyat şəraitinin bahalaşdığı Yaponiyanın Osaka şəhəri siyahıda ikinci yeri tutur. Sonrakı yerlərdə Sidney (Avstraliya), Oslo (Norveç), Melburn (Avstraliya), Sinqapur (Sinqapur), Sürix (İsveçrə), Paris (Fransa), Karakas (Venesuela) və nəhayət sonuncu yerdə Cenevrə (İsveçrə) gəlir.
Amerikanın nəhəng şəhəri Nyu-York bahalı şəhərlər siyahısına dəfələrlə düşsə də, 2013-cü il siyahısında yer almamışdır. Dünyanın ən ucuz şəhərləri siyahısinda birinci yerdə İranın paytaxtı Tehran gəlir. İkinci yeri Ciddə (Səudiyyə Ərəbistanı) tutur. Sonrakı yerlərdə Panama (Panama), Kolombo (Şri-Lanka), Buxarest (Rumınya), Əlcəzair (Əlcəzair), Katmondo (Nepal), Nyu Dehli (Hindistan), Numbe (Hindistan) və Kəraçı (Pakistan) gəlir. Avropanın şəhərləri arasında bahalığına görə Paris Norveçin paytaxtı Oslodan və İsveçrənin Sürix şəhərindən sonra üçüncü yeri tutur. Siyahı 160 ətzaq məhsulunun, ticarət mərkəzlərində əhaliyə göstərilən xidmətlərin qiymətlərinin analizi əsasında tərtib edilmişdir.