Bakıda keçirilən Yoqa və Sağlamlıq Festivalı çərçivəsində növbəti tədbir iyunun 16-da Qobustan Milli Tarix-Bədii Qoruğunda reallaşacaq.
Tədbir Hindistanın ölkəmizdəki səfirliyi, Qobustan Milli Tarixi-Bədii Qoruğu və Klassik Yoqa Məktəbinin birgə təşkilatçılıği ilə gerçəkləşəcək.
Qeyd edək ki, beşinci dəfə təşkil olunan festival “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik” mövzusuna həsr olunub. Festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair mühazirələr, Şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, habelə etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər yer alıb.
azertag.az