Bakı şəhərində, Səməd Vurğun küçəsi, 120 ünvanda müasir “Yasmin” ticarət mərkəzinin (“YASMIN” Shopping Mall) tikintisi başa çatmaq üzrədir.
Bakının ən böyük “Spa mərkəzi”, möhtəşəm gecə klubu, dünyaca məşhur geyim brendlərinin mağazaları, uşaq əyləncə mərkəzi, müxtəlif dizaynlı və təyinatlı kafelər, rəngarəng mətbəxlərə məxsus restoranlar və s. “Yasmin” ticarət mərkəzini paytaxtın ən cəlbedici məkanına çevirəcəkdir.
Qeyd edilmişdir ki, əsas məqsədlərdən biri də alış-veriş, əyləncə və istirahəti bir məkanda birləşdirməkdir. Belə təcrübə artıq dünyada tətbiq olunur.
“Yasmin” cari ilin may-iyun aylarında tam istifadəyə veriləcəkdir.
AzərTAc