Almaniya qəzeti azərbaycanlı bəstəkar haqqında yazıb
13.6.2019

Almaniyanın “Neue Westfälische” qəzetində “Musiqi ansamblı ilk CD diskini təqdim edir” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Almaniyada fəaliyyət göstərən bəstəkar Xədicə Zeynalovanın “Odlar diyarı” Azərbaycandan ilhamlanaraq konsert proqramı hazırladığı və eyniadlı diskinin Ekerdshaym kilsəsində konsert proqramı ilə təqdimatının keçirildiyi vurğulanır.

Məqalədə X.Zeynalovanın bəstəkar və pianoçu olduğu, 12 ildən artıqdır Almaniyanın Detmold şəhərimdə yaşadığı və diskdə əks olunan əsərlərini Azərbaycandan ilham alaraq bəstələdiyi nəzərə çatdırılır. Konsertin 8 hissədən ibarət olduğu, musiqilərin bəstəkara məxsus olan “Bridge of Sound” qrupu tərəfindən ifa edildiyi qeyd olunur.


azertag.az