"Sabah" Ruslan Abışovla iki illik müqavilə imzalayıb
13.6.2019

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda "Neftçi"dən ayrılan Ruslan Abışovu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “Keşlə” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb.



report.az