Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət qəsəbə Mədəniyyət evi Səbail Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialının iştirakı ilə Milli Qurtuluş Gününə həsr edilmiş “Məşəl kimi yanan ürək” adlı ədəbi-bədii-musiqili kompozisiya keçirib.
Baş İdarədən bildirilib ki, əvvəlcə bu əlamətdar gün barədə tədbir iştirakçılarına məlumat verilib. Çıxışlarda tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi daxil olduğunu qeyd ediblər.
Daha sonra tədbir Mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
azertag.az