Tərtərdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2,9 faiz artıb
18.6.2019

Tərtər rayonunda cari ilin məhsulu üçün əvvəlki illərin çoxillik otları da daxil olmaqla 26 min 853,1 hektar payızlıq və yazlıq bitkilər əkilib. Bu ilin əkinləri keçən illə müqayisədə 744,6 hektar və yaxud 2,9 faiz çoxdur.

Tərtər rayon statistika idarəsindən bildirilib ki, əkin sahəsinin 11 min 171,4 hektarını dənli və dənli paxlalı bitkilər, 6 min 579,1 hektarını texniki bitkilər, 1561,8 hektarını kartof, tərəvəz və bostan bitkiləri, 7 min 540,78 hektarını yem bitkiləri təşkil edir. Əkinlərin 1973,1 hektarı və ya 7,3 faizi kənd təsərrüfatları müəssisələrində, 24 min 880 hektarı və ya 92,7 faizi ailə kəndli və ev təsərrüfatlarında aparılıb. Ümumiyyətlə rayonda cari ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin 98,4 faizi özəl sektorun payına düşür.


azertag.az