Fevralın ikinci ongünlüyündə Azərbaycanda qar yağacağı proqnozlaşdırılır
12.2.2013

Fevralın ikinci ongünlüyündə Azərbaycanda qar yağacağı gözlənilir. Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. O bildirib ki, fevralı ayının ikinci ongünlüyündə Azərbaycanda temperaturun normadan bir qədər aşağı enəcəyi və hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Həmin müddətdə qar yağması müşahidə oluna bilər. Lakin qarlı hava şəraiti Bakı və Abşeron yarımadasından fərqli olaraq əsasən rayonlarda müşahidə olunacaq.

Baş hidroloq qeyd edib ki, fevralın sonuna kimi bir müddət qalıb, o səbəbdən hava şəraiti ilə bağlı proqnoz vermək çətindir: “Hava şəraiti ilə əlaqədar tez-tez dəyişikliklər baş verir. Fevralın 14-15-də mülayim hava şəraiti müşahidə olunacaq. Sonrakı müddət üçün hava şəraitinin necə olacağını demək və uzunmüddətli proqnozlar vermək çətindir”.

APA