Azərbaycan Rusiya ilə birgə beynəlxalq laboratoriya yaradır
19.6.2019

Azərbaycan və Rusiya birgə beynəlxalq laboratoriya yaradır.

Bununla bağlı AMEA-nın Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında müqavilə imzalanıb.

Yeni yaradılacaq laboratoriyada Ural və Azərbaycanın bioloji müxtəlifliyinin birgə müqayisəli analizi, suda-quruda yaşayanların genetik dəyişikliyinin öyrənilməsi, onların statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bundan əlavə, paleoentomoloji məlumatların cəlb edilməsi əsasında regionun quru biogeosenozlarının tarixinin əsas tərkib hissəsi kimi Azərbaycanda pleystosen və holosendə entomokomplekslərin formalaşması proseslərinin rekonstruksiyası, köçən quşların miqrasiya yolları, eyni zamanda heyvanların ekologiyasının tarixi və populyasiyalarının analizinə dair tədqiqatlar aparılacaq.


report.az