Ginnesin rekordlar kitabına düşən və Filippində yaşayan dünyanın ən yaşlı timsahı Lolonq ölüb. O, həm də dünyanın ən uzun timsahı adına da layiq görülmüşdü.
Belə ki, 50 yaşlı Lolonqun uzunluğu 6,17 metr, çəkisi isə 1 tondan artıq olub. Şəhər merinin sözlərinə görə, heyvanın ölümünə region üçün xarakterik olmayan soyuqların müşahidə edilməsinin səbəb olduğu istisna edilmir.
Timsah 2011-ci ildə 3 həftəlik ovdan sonra tutulmuşdu. Onu sudan çıxarmaq üçün 100-dən artıq insanın əməyi sərf edilmişdi.
Big.az