Yaponiyanın “IHI” simfonik orkestri Qara Qarayevin əsərini ifa edəcək
25.6.2019

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə iyulun 5-də Tokionun “Toyosu Civil Center” konsert zalında diplomatik xidmət orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə təntənəli konsert keçiriləcək.

Konsertdə Yaponiyanın “IHI” simfonik orkestri Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar ifa edəcək.

Orkestrin dirijoru Şinya Suqiura və musiqi tərtibatçısı Kyoko Matsuura bu tədbirin təşkili məqsədilə artıq bir neçə aydır ki, səfirliklə sıx əlaqədə hazırlıq işləri aparırlar.


azertag.az