Azərbaycanda yükdaşıma tarifləri ucuzlaşıb
13.2.2013

Azərbaycanda yanvar ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,1% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,7% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi tranzit üzrə 11,3%, yerli əlaqə üzrə 1,9%, idxal üzrə 1,2% ucuzlaşıb, ixrac üzrə isə 0,7% bahalaşıb. Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 19,9% ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri müvafiq olaraq 1,1% və 8,3%, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 12,1% bahalaşıb.

Boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 2,4% bahalaşıb, neftin nəql olunma tarifi isə 9,3% ucuzlaşıb.

Avtomobil nəqliyyatında bir saatlıq işə görə yükdaşıma tarifləri 19,3% bahalaşıb. Beynəlxalq əlaqədə işəmuzd yükdaşıma tarifləri 4,1% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 13,6% bahalaşıb.

Qeyd edilir ki, rabitə sahəsində mobil telefon xidmətlərinin tarif indeksi 1,5% bahalaşıb.

APA