Zaqatalada müxtəlif xalqların rəqslərindən ibarət konsert olub
2.7.2019

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi münasibətilə Zaqatala Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) geniş tədbirlər proqramı hazırlayıb.

MKS-dən bildiriblər ki, ilk tədbir iyulun 1-də Zaqatala Mərkəzi Kitabxanasının və rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

“Dünya xalqlarının rəqsləri uşaqların ifasında” adlı konsert proqramında balacaların ifasında müxtəlif ölkə xalqlarının rəqsləri nümayiş olunub. Mərkəzi kitabxananın qarşısında oxucuların, kitabxana işçilərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə reallaşan tədbir böyük maraqla qarşılanıb.


azertag.az