Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Türkiyənin Van
bölgəsində zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə keçirilən
kampaniya çərçivəsində bu günədək 5989 manat (7650,3 ABŞ dolları) vəsait
toplanıb.
Bu barədə AzQAC-dan məlumat verilib.
Toplanmış vəsaitin 2 min manatı oktyabrın 25-də, 3145 manatı isə
oktyabrın 31-də Türk Qızıl Ayının bank hesabına köçürülüb. Hazırda
kampaniya davam edir.
AzQAC-ın saytında yardım kampaniyasına qoşulmuş şəxslərin adları da açıqlanıb - www.redcrescent.az