Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi elan edilib
13.2.2013

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi elan edib.

Şuradan verilən məlumata görə, beynəlxalq yazı müsabiqəsi bir neçə ölkə yazarları arasında keçiriləcək:

“Müsabiqədə Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Rumıniyadan ictimai xadimlər, yazıçı, publisist və jurnalistlər iştirak edə bilər.

Müsabiqə təqdim olunan yazılar sözügedən ölkələrin mətbuatında Heydər Əliyev şəxsiyyəti və onun beynəlxalq ictimai-siyasi fəaliyyəti, həmin ölkələrlə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasındakı rolu haqqında mövzuları əhatə etməlidir.

Yazılar fevralın 15-dən martın 31-dək həmin ölkələrdəki Azərbaycan səfirliklərinə təqdim olunmalıdır.

Hər bir ölkə üzrə ən yaxşı sayılan 1 məqalə mükafatlandırılacaq.

Mükafatın məbləği 3000 avrodur.

Mükafatlandırma mərasimi may ayında Bakıda keçiriləcək”.

Gün.Az