Bu ilin birinci rübündə Azərbaycan Rusiyadan ümumi dəyəri 12 mln ABŞ dolları olan şokolad məhsulları idxal edib.
Rusiya mətbuatına istinadən verilən məlumata görə, bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 29% çoxdur.
Məlumata görə, Rusiyanın Azərbaycana ixrac etdiyi şokolad məhsullarının məbləği bu ölkənin ümumi ixracının 9%-nə bərabərdir.
Ümumilikdə isə bu ilin birinci rübündə Rusiya 142 mln dollar dəyərində şokolad və şololad məhsulları ixrac edib. Bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 4% və ya 5,6 mln doillar çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Rusiya 57 ölkəyə şokolad məhsulları ixrac edib. Bu müddət ərzində Qazaxıstana 28 mln dollar dəyərində bu adda məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur. Qazaxıstana ixrac edilən şokoladın payı Rusiyanın ümumi ixracının 19%-nə bərabərdir.
Rusiyanın Çinə ixrac etdiyi şokoladın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12% artaraq 19 mln dollar məbləğində olub. Bu isə Rusiyanın ümumi şokolad ixracının 14%-nə bərabərdir.
Həmçinin, bu dövr ərzində Rusiyanın Belarusa şokolad ixracı 27% azalaraq 14 mln dollar məbləğini təşkil edib. Bu isə Rusiyanın ümumi şokolad ixracının 10%-nə bərabərdir.
report.az