“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
4.7.2019

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsində hazırlanmış “Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti – dördüncü cildi çapdan çıxıb.

Əsərdə 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsi, mövcud janrların təhlili və inkişaf təmayülləri yer alıb.

Layihənin rəhbəri və elmi redaktoru akademik Zemfira Səfərovadır.

Yeni nəşr mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


azertag.az