Bakıda Kolumbiya musiqisi gecəsi keçirilib
4.7.2019

Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 3-də “Hyatt Regency” otelində Kolumbiya musiqisi gecəsi keçirilib.

Tədbirdə Kolumbiyanın populyar “Puerto Candelaria” klubu çıxış edib. Latın Amerikası xalqlarının musiqilərini ifa edən kollektivin bir neçə uğurlu albomu (“Cinema Tropico”, “Kolombian Jazz”, “Amor u Deudas”, “Yo Me Llamo Cumbia” və s.) buraxılıb və dünyanın bir çox ölkələrinə qastrol səfərləri olub.

“Puerto Candelaria” qrupunun konserti böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir çərçivəsində Kolumbiya yazıçılarının əsərlərindən və bu ölkənin incəsənət nümunələrindən ibarət sərgi açılıb.


azertag.az