Üşümək insanın arıqlamasına səbəb olur. İngiltərənin London Universiteti tərəfindən aparılan araşdırma belə nəticəyə gəlib. Mütəxəssislər otağın temperaturunu aşağı salaraq artıq çəkidən azad olmağın mümkün olduğunu deyiblər. Belə ki, bədən üşüyəndə istilik verən qəhvərəngli yağ hüceyrəsi istehsal edir. Bu, bədəndə enerjiyə çevrilir. Araşdırmaya görə, hava 4 dərəcə isinəndə bədən 800 kalori az enerji yandırır.
publika.az