Ceyranbatan su anbarından Bakıya yeni kəmər çəkilə bilər
10.7.2019

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən su anbarından Bakının şərq hissəsinə yeni magistral kəmərin çəkilməsi nəzərdə tutulub.

Bu barədə jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı layihə mövcuddur, lakin onun reallaşdırılması investisiya qoyuluşu imkanlarından asılıdır.


report.az