Braziliyada dünyanın ən böyük və ən möhtəşəm karnavalı başa çatıb. Rio karnavalı ənənəvi parad və böyük orkestrın çıxışı ilə tamamlanıb.
Orkestri dinləmək üçün Rio-de-Janeyronun Flamenqo parkına on minlərlə adam toplaşıb. Orkestri rəngarəng kostyumlarda olan rəqqaslar müşayiət edib.
Samba məktəblərinin yarışı da daxil olmaqla, 700-ə yaxın küçə şənliyinin keçirildiyi Rio karnavalı rəsmi olaraq dünən başa çatsa da, şənliklər və paradlar hələ həftənin sonuna kimi davam edəcək.
ANS PRESS