Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının seçmə oyunları üçün heyəti açıqlanıb.
AFFA-nın rəsmi saytına istinadən xəbər verilir ki, iyulun 17-dən 28-dək baş tutaçaq matçlara 12 oyunçu çağrılıb. Bunlar Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Elgiz Kərəmli, Sabir Allahquliyev və Rafiq Kərimovdur.
Milli iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq.